Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 22 avqust tarixində məlumat verir.
Qəza Fətəlixan küçəsində qeydə alınıb. Burada “Daewoo” markalı avtomobil “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Xəsarət alan yoxdur.
Hadisə şahidlərinin sözlərinə görə, “VAZ-2107”-nin sürücüsü qəzaya səbəb olub. O, “Daewoo”-nu gözləmədən yola çıxıb.