Qubada “Dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda seminar keçirilib. Bu barədə ShimalNews 31 avqust tarixində Quba RİH-yə istinadən məlumat verir.
Tədbir Quba Tarix-Diyarşünaslıq Muzeyində təşkil edilib. Seminarda İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin məsul şəxsləri, şəhər sakinləri, o cümlədən ağsaqqallar, din xadimləri və gənclər iştirak ediblər.