Qubanın 2000 nəfərə yaxın əhalisi olan Bağbanlı qəsəbəsində yeni məktəb binası inşa olunacaq. Bu barədə ShimalNews 29 avqust tarixində məlumat verir.
Artıq prosesə start verilib. Hazırda fəaliyyət göstərən məktəbin inventarı qəsəbədəki folklor evinə daşınır. Şagirdlər cari təhsil ilinə burada başlayacaq.
Köhnə bina boşaldılandan sonra burada söküntü işləri aparılacaq. Onun yerində 360 şagirdin təhsil ala biləcəyi bina tikiləcək. İşlərin 2023-cü ildə yekunlaşacağı gözlənilir.