Qubada sürücü narkotik vasitənin təsiri altında avtomobil idarə edib. Bu haqda ShimalNews 10 sentyabr tarixində Report-a istinadən məlumat verir.
DYP əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı “VAZ-21154” markalı avtomobilin sürücüsü Nicat Hüseynli nəzarət-yoxlama qaydasında saxlanılıb.
Narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan sürücü tibbi yoxlanışdan keçirilib. Nəticədə onun marixuanadan istifadə etdiyi müəyyən edilib.
Hüseynli barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.