Qubadan olan alim dünyasını dəyişib. Bu barədə ShimalNews 7 sentyabr tarixində Report-a istinadən məlumat verir.
AMEA-nın baş elmi işçisi, İqtisad elmləri doktoru İnqilab Əlibəyov ömrünün 91-ci yaşında vəfat edib.
Professor 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Əlibəyovun 4 monoqrafiyası, 2 broșürü, 120-dən artıq məqaləsi və s. işləri çapdan çıxıb. Alimin 35 elmi əsəri xaricdə nəşr olunub.