Quba Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 25 avqust tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Tədbir bu gün Əlik inzibati ərazisində baş tutub. Burada icra başçısı Ziyəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.