“Şahdağ-Quba” İdman Klubunda yunan-Roma güləşi üzrə yeniyetmələr arasında açıq rayon turniri keçirilib. Bu barədə ShimalNews 2 sentyabr tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Turnir Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunub. Burada Quba və Qusar rayonlarından 15 çəki dərəcəsində 80 idmançı iştirak edib.
Qaliblər Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.