top
Qış mövsümü qapıda: İstirahət üçün sərfəli MƏKANLAR
25 oktyabr 2024, 20:03
- ↺ +

Qış mövsümü qapıda: İstirahət üçün sərfəli MƏKANLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni ilə və qış turizminin canlanmasına sayılı günlər qalıb. Qarşıda bizi COP29 kimi mühüm və mötəbər tədbirin gözlədiyini də nəzərə alsaq, qış turizminin əvvəlki illərə nisbətən daha tələbatlı olacağını deyə bilərik. Ölkəmizi ziyarət edən turistlər üçün isə məkan seçimi mühüm rol oynayır. Sözügedən məkanlar turistlərin beynində Azərbaycanın turizm xəritəsini formalaşdırır.

Bəs maraqlıdır, ölkəmizə gələn turistlər Azərbaycanın hansı turizm nöqtələrini ziyarət etməlidirlər? Perspektivdə ölkəmizin hansı bölgələrində dağ-xizək kurortları və sanatoriyalar yaratmaq olar?

Sözügedən mövzu ilə bağlı ekspertlər oxu.az-a fikirlərini bölüşüblər.

Turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, Azərbaycan müxtəlif turizm məhsulları yaratmaqla ilin bütün fəsillərində aktual turizm strategiyasını özünə hədəf götürüb:

"Ölkəmizə gələnlər arasında qış mövsümünü yaşamaq istəyən ərəb və Körfəz ölkələrinin turistləri kifayət qədərdir. Bundan əlavə, yerli turistlər qışda müxtəlif kənd yerlərində və ya regionlarda olan hotellərdə qalmaqla təbiətin gözəlliyinə şahid olurlar. Nümunə kimi Qəbələdə və Qusarda yerləşən "Şahdağ" və "Tufandağ" qış-yay turizm komplekslərini qeyd edə bilərik. Hər ikisi müasir standartlara cavab verir. "Şahdağ" və "Tufandağ" MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır. Qiymətlər fərqlidir, hər birinin ayrı-ayrı tarifləri var. Daxili bazar üçün qiymətlər yüksək dəyərləndirilir. Qış turizmi ilə əlaqədar olan alətləri, geyimləri və sairi kirayə götürmək mümkündür. Evlərin qiyməti də fərqlənir. 50 manatdan 500-600 manata qədər ev və villa tipli qalma yerləri təqdim olunur".

Turizm üzrə ekspert Rəhman Quliyev qeyd edib ki, Azərbaycanda ilin bütün fəsillərində turistlərin gəlməsi üçün münbit şərait var:

"Şahdağ" və "Tufandağ"dan əlavə, Naxçıvanın Şahbuz rayonunda yerləşən "Ağbulaq" Xizək Mərkəzi dağ-xizək kurortu üçün əlverişlidir. "Ağbulaq" Kiçik Qafqaz dağlarında, 2 000 metr hündürlükdə yerləşir və qarlı dağ yamacları, lazımi infrastrukturu ilə qış idman növləri və aktiv istirahət həvəskarlarının istəklərini tam qarşılayır. Müasir hotel, rahat kotteclər, kafelər, 952 metrlik kanat yolu, geyim və ləvazimatların icarəsi, əyləncə və uşaq parkları, həmçinin süni göl mərkəzdə turistlərin məşğuliyyəti, istirahəti üçün yaradılan imkanlar sırasındadır".

Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycanda hazırda üç qış turizm mərkəzi fəaliyyətdədir:

"Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ", Naxçıvan MR-də "Ağbulaq" qış xizək mərkəzlərində, ənənəvi olaraq, yay turizm mövsümü başa çatdıqdan sonra turistləri qəbul etməyə hazırlıq işləri aparılır.

Ölkəmizdə qış mövsümü, hava şəraitindən asılı olaraq, 10-15 dekabr tarixlərində başlayır və mart ayının sonlarınadək davam edir.

Dövlət Turizm Agentliyi tərəfindən beynəlxalq sərgi və tədbirlərdə ölkəmizin qış turizm imkanları haqqında daimi olaraq təbliğat və marketinq işləri aparılır. "Şahdağ", "Tufandağ" və "Ağbulaq" kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Bu gün, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Bu gün, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Bu gün, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Bu gün, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Bu gün, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Bu gün, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Oxşar xəbərlər