Qax rayon mərkəzi stadionu gözdən uzaq olmasa da, könüldən iraq qalıb.
Bu barədə Shimal.News-a rayon sakinləri məlumat verərək bildiriblər ki, stadionu ot basıb, qaçış zolağı yararsız vəziyyətə düşüb, asfalt örtüyü dağılıb, oturacaqlar sındırılıb.
Əvvəllər ölkə əhəmiyyətli futbol oyunlarının və mədəni tədbirlərin keçirildiyi stadion hazırda yararsız vəziyyətdədir. Buna baxmayaraq sakinlər hər gün səhər və axşam saatlarında idmanla məşğul olmaq üçün bura üz tutur.