Sosial şəbəkələrdə Qax rayonunun kəndlərindən birində 13 yaşlı qıza qarşı təcavüz edilməsi ilə bağlı məlumatlar yayılıb.
Shimal.News məlumat verir ki, iddialara görə, hadisə ilə bağlı çox sayda şəxs saxlanılıb və bir neçə nəfər ölkədən qaçıb.
Məsələ ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, zərərçəkmiş uşaq baş verənləri valideynlərinə özü danışıb. Təcavüz faktı təsdiqlənib və artıq bir neçə nəfər saxlanılıb.