top
Minaya düşən Qusar sakinləri: “Müalicəmiz bitən kimi Kəlbəcərə qayıdacağıq”
16 dekabr 2022, 12:04
- ↺ +

Minaya düşən Qusar sakinləri: “Müalicəmiz bitən kimi Kəlbəcərə qayıdacağıq”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kəlbəcərdə minaya düşən Qusar rayon sakinləri danışıblar. “Düşmənin minası bizi qorxuda bilməz, müalicəmiz bitdikdən sonra yenidən öz işimizə qayıdacağıq”, - deyə onlar bildiriblər. Bu haqda ShimalNews 16 dekabr tarixində Apa-ya istinadən məlumat verir.

"Biz heç nədən qorxmuruq. Mən sağalmağımı gözləyirəm, yenidən gedib həmin ərazidə öz işimi görəcəm. Ermənilər kim olub ki, biz onlardan qorxaq? Mən bir neçə aydır Kəlbəcərin ərazisində işləyirəm. Birinci dəfədir başıma belə iş gəlib. Çox şükürlər olsun, sağ-salamat qurtardım. Sağ olsun Ali Baş Komandan, hər zaman Azərbaycan xalqının yanındadır. Bu gün də hər kəs bizə diqqət və qayğı göstərir", - deyə traktor mexanizatoru, 53 yaşlı Rodik Pənahov bildirib.

Minaya düşən digər şəxs, 26 yaşlı Sadir Əliyarov: "Həmin gün saat 5 olardı, dirək basdırmağa çıxmışdıq. Orada traktor minaya düşdü. Onlara kömək edəndə bizim maşın da minaya düşdü. Partlayış nəticəsində, təəssüflər olsun ki, 1 hərbçimiz şəhid oldu. Mən də ayağımdan qəlpə yarası aldım. 2 aydır həmin ərazidə rabitə işləri ilə məşğul idik, həmin yolu getməmişdik. Hadisə baş verən vaxt ora getməli idik. Çünki dirək basdırmalı idik. Hazırda vəziyyətim yaxşıdır, səhhətimdə hər hansı bir narahatlıq yoxdur”.

Həkim Samir Məhərrəmov xəsarət alan şəxslərin vəziyyətlərinin hazırda normal olduğunu deyib.

Daha öncə Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi haqqında məlumat vermişdik.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Hadisə
16 oktyabr 2026, 15:10

İsmayıllıda ağır qəza

Oxşar xəbərlər