Sabahdan Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları ucuzlaşacaq.
Bunu “Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib.
"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manata salınıb. Sabahdan isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə şöbə müdiri qeyd edib.