Qusar və Xaçmaz rayonlarında tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlər elan edilib.
ShimalNews xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi vakansiyaları Ləcət və Şirvanlı kənd körpələr evi-uşaq bağçalarında sosial məzuniyyət səbəbindən yaradıb.
İşə qəbul müsahibələrinə 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul ilə bağlı müsabiqənin test və müsahibə mərhələsində, eləcə də 2023-cü ildə müsabiqənin test mərhələsində uğur qazanmış şəxslər qatıla bilərlər.
Müraciət üçün avqustun 26-dək qeydiyyatdan keçmək lazımdır. Link vasitəsilə ətraflı məlumat əldə etmək olar.