Sentyabrın 1-3 tarixlərində şimal bölgəsində güclü külək əsəcək.
ShimalNews Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, “sarı” xəbərdarlıq Quba, Qusar və Xızı rayonlarını əhatə edib. Bu ərazilərdə küləyin sürəti saniyədə 13,9-20,7 metr arasında dəyişəcək.
Siyəzən, Şabran və Xaçmaz rayonları “narıncı” xəbərdarlıq zonasına daxil edilib. Burada küləyin sürəti saniyədə 20,8-28,4 metrə qədər güclənəcək.