Quba-Xaçmaz Regional Təhsil İdarəsi (RTİ) korreksiyaedici təlim ixtisaslı mütəxəssislərin işə qəbulu üçün müsabiqə elan edilib.
ShimalNews xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər avqustun 30-u saat 23:59-dək aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə uğur qazanan namizədlər Quba-Xaçmaz RTİ üzrə xüsusi təhsil siniflərində fərdi və qrup məşğələlərində müəllimlik edəcəklər.
Namizədə tələblər:
-Ali təhsil;
-Korreksiyaedici təlim pedaqoq və ya Defektoloq, Loqoped ixtisası.