Sabah dağlıq ərazilərdə hava yağıntılı olacaq.
ShimalNews Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qısamüddətli yağışın yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər zəif duman gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.