Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 24 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Məlumata görə, ümumi sahəsi 40 kv.m olan kafe yanıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Bitişik obyektlər alovdan mühafizə olunub.