Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında yoxlamalar aparılıb. Bu barədə ShimalNews 22 iyul tarixində məlumat verir.
Monitorinq çərçivəsində sintetik torların yığışdırılması həyata keçirilib. Uzunoba kənd sakini Mübariz Məstəliyevdən qanunsuz ovlanmış xeyli sayda balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı həmin şəxsə protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.