top
Ehtiyatda olan hərbçi: “Hədəfim Şuşanın giriş qapısına bayraq sancmaq idi” – ÖZƏL MÜSAHİBƏ
08 noyabr 2024, 17:30
- +

Ehtiyatda olan hərbçi: “Hədəfim Şuşanın giriş qapısına bayraq sancmaq idi” – ÖZƏL MÜSAHİBƏ

Şuşanın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən igidlərimizdən biri də Rəşad Aslanovdur. Şuşa şəhərinin giriş qapısına Azərbaycan bayrağını məhz o asıb.

Shimal.News qəhrəman hərbçi Rəşad Aslanov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- İlk növbədə sizi tanıyaq.

- 1979-cu il mayın 2-də Qusar şəhərində anadan olmuşam. Əvvəlcə Qusar şəhər 6 nömrəli orta məktəbdə, sonra isə Bakı Türk liseyində orta təhsili başa vurmuşam. 6 yaşından cüdo ilə məşğul olub, “İdman ustası” dərəcəsinə də layiq görülmüşəm.

1997-ci ildə ali məktəblərə qəbul imtahanından 687 bal toplayaraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldum. Prezident təqaüdüçüsü idim. Ali təhsil ocağındakı təhsilimi qırmızı diplomla başa vurdum və diplomu mənə Ali Baş Komandan Heydər Əliyev təqdim edib.

Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində kəşfiyyat ixtisası üzrə zabit kursunu fərqlənmə ilə bitirdim. 2002-2005-ci illərdə Naxçıvanda yerləşən hərbi hissədə kəşfiyyat taqım komandiri, 2005-2008-ci illərdə kəşfiyyat bölük komandiri, 2008-2013-cü illərdə kəşfiyyat bölmə rəisi oldum. 2013-cü ildən bu günə qədər xüsusi təyinatlı müxtəlif hərbi hissələrin komandiri vəzifəsində xidmət etdim.

“Qarabağ” ordeni, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illik “Yubiley”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edildim.

Vətən müharibəsində ağır yaralandım. Səhhətim hərbi xidmətimi davam etməyə imkan vermədiyinə görə məcburi olaraq ehtiyata buraxıldım. Hazırda ehtiyatda olan hərbçiyəm.

- Necə oldu ki, hərbi sənətinə marağınız yarandı?

- Uşaq yaşlarımdan Vətənə, torpağa, bayrağa bağlı olduğum üçün hərbçi olmaq istəmişəm. Azərbaycan torpaqlarının 20 faizinin işğalı, yüz minlərlə vətəndaşımızın el-obasından didərgin düşməsi, mənfur düşmənin xalqımızın başına gətirdiyi olmazın müsibətlər uşaqlıq dövründən yaddaşımda ağrı-acılı iz buraxmışdı. Qətiyyətlə əmin idim ki, vətən üçün ən faydalı olacaq peşə hərbçi olmaqdır.

- Şuşaya doğru yola çıxarkən sizdə necə bir əhval-ruhiyyə vardı?

- 23 il idi ki, Azərbaycan ordusunda xidmət edirdim. Biz hər an Ali Baş Komandanın əks -hücum əmrini gözləyirdik. 23 il ərzində dövlətimiz bizi bu günlər üçün hazırlayıb. 2020-ci il sentyabrın 27-də nəhayət ki gözlədiymiz əmri aldıq.

Həmin an sanki döyüşə yox, toy-bayrama gedirdik. Sevinirdik. Çünki bilirdik ki, həsrətində olduğumuz torpaqlarımızı azad etməyə yollanırıq. Döyüşlərin pis tərəfi silahdaşlarımızın şəhid olması idi. Bizi torpaqlarımızın azad olunması hissi sevindirirdi. Bununla yanaşı silahdaşlarımızın şəhid olmasının qisasını düşməndən almaq hissi ilə də alışıb- yanırdıq. Şuşaya doğru bu hislərlə hərəkət edirdik.

- Hədəfiniz barədə nə düşünürdünüz?

- Biz həmişə o əraziləri real olaraq görməsək də xəritələrə baxaraq həmin yerləri hər zaman incələyirdik. Mən sosial şəbəkələrdə görmüşdüm ki, Şuşa şəhərinin girişində həm erməni dilində, həm də latın hərfi ilə Şuşa yazılan hissə var. Özüm ilə bayraq götürmüşdüm. Başlıca hədəfim o idi ki, sağ qalsam, həmin bayrağı yazıların üstündən asım. Ən böyük hədəfim bu idi.

- Döyüş zamanı ən çətin anlarınızı necə xatırlayırsınız? Həmin anlarda hansı hissləri yaşadınız?

- Bizim üçün döyüşdə ən çətin an snayper qrupunun komandiri, gizir Bağır Ələkbərovun yanımızda şəhid olması idi. O, bizim ilk şəhidimiz idi. Onun şəhid olmasından sarsıntı keçirdik. Şəhid olmamışdan bir saat öncə ailəsi ilə danışdı. Qısa zamanda yanlarına gələcəyini demişdi. Həmin an bütün bölmə acı hissi çəkdik. Sanki hamı şokdaydı.

- Şuşa şəhəri ilə bağlı xüsusilə yaddaqalan bir anı bölüşə bilərsinizmi?

- Şuşaya daxil olandan sonra Xankəndi tərəfindən gələn düşmənin qarşısını almaq üçün qala divarlarının arxasında həm müdafiə olunduq, həm də mühafizə sistemini təşkil etdik. Düşmən üstümüzə ağır silahlarla hücum edirdi. 10-12 tankla hücuma keçdilər. Şuşa şəhərinin qala divarları sanki bizi düşmənin tank atışından qorudu. Sanki əcdadlarımız bu divarları bizim üçün inşa etmişdi.

- Şuşada döyüşürkən, şəhərin tarixi və mədəni əhəmiyyəti ilə bağlı hansı düşüncələriniz var idi?

- Şuşa tarixən alınmaz qala sayılıb. Biz çatanda bir daha əmin olduq ki, Şuşa alınmaz qaladır. Şuşa nəinki Qarabağın, eyni zamanda Azərbaycanın da incisi, gözüdür. Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil. Biz çox xoşbəxtik ki, alınmaz qalanı düşməndən azad etməyi bacardıq. Tariximizi düşməndən azad edə bildik.

- Müharibə zamanı ən çox kimin və ya nəyin sizi motivasiya etdiyini düşünürsünüz?

- Bizim zəfərimizin əsas faktorlarından biri Ali Baş Komandanın qətiyyətidir. Biz Ali Baş Komandandan ruh yüksəkliyi alırdıq. Ölkə rəhbərimiz qələbə müjdəsini dərhal verirdi. Biz hər gün qələbə qazanmalıydıq. Bu bizim gücümüzü min qat artırırdı. Bundan əlavə bizə ən çox motivasiya xalqın dəstəyi idi. Həm xalqın, həm də cənab Ali Baş Komandanın dəstəyini görürdük. Onun qətiyyəti bizi Şuşaya gətirib çıxardı.

- Qazanılan zəfər həyatınıza və baxışlarınıza nə dəyişikliklər gətirdi?

- Bu qazanılan zəfərdən bir şey anladım ki, insan oğlu çalışsa və məqsədinə getsə, hər şeyə nail ola bilər. Buna əmin oldum. Ona əmin olduq ki, həqiqətən də əmək sərf etsən, hər şeyə nail olmaq olar.

- Gələcəkdə gənc nəslə nə mesaj vermək istərdiniz?

- Gənc nəslə mesajım odur ki, vətənpərvər olsunlar. Bayrağı və vətəni sevsinlər. Gələcəkdə vətəni müdafiə etmək üçün çalışsınlar. Hər kəs hərbçi olmamalıdır. Gələcəkdə seçəcəyiniz ixtisası mükəmməl öyrənin ki, yaxşı iş ortaya qoyasınız. Vətəni ən çox sevən işini mükəmməl yerinə yetirənlərdir. Vətən müharibəsindəki şəhid və qazilərimiz hamıya nümunə olmalıdır.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:56

Fermerlər: "İş var, amma işçi yoxdur"

Cəmiyyət
Bu gün, 17:04

Xaçmaz sakini: "Elektrik xətləri təhlükə saçır"

Hadisə
Bu gün, 16:05

Qusarda kişi həmkəndlisini ağır yaraladı

Cəmiyyət
Bu gün, 15:05

Qubanın bu kəndində yağış yağan kimi kanalizasiya daşır

Hadisə
Bu gün, 14:05

Xaçmazda kanalda qadın meyiti tapılıb

Cəmiyyət
Bu gün, 13:05

Quranda adı çəkilən quş Xaçmazdan sonra Qubada da tapıldı

Cəmiyyət
Bu gün, 12:10

Şimalın deputat - jurnalistləri

Hadisə
Bu gün, 11:11

Elnarə Abdullayevaya ağır itki

Hadisə
Bu gün, 10:00

Zaqatalada 60 yaşlı kişinin meyiti tapıldı

Hadisə
Dünən, 17:57

Qəbələdə qanunsuz tikinti söküldü

Cəmiyyət
Dünən, 17:00

Baytar həkim tapa bilirsiniz?

Hadisə
Dünən, 16:20

Qubalı gənc 40 gündən çoxdur itkindir

Cəmiyyət
Dünən, 15:20

Velosiped zolağı Xudata rahatlıq gətirdi, yoxsa problem?

Cəmiyyət
Dünən, 14:20

Quba və Xaçmazın bəzi kəndlərində qaz kəsiləcək

Cəmiyyət
Dünən, 14:20

Qaxlı şəhid gizirimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:23

Zaqatalanın kəndləri 10 gündən çoxdur susuz qalıb

Cəmiyyət
Dünən, 12:40

Xaçmazda yol və elektrik problemi sakinləri bezdirib

Hadisə
Dünən, 11:43

İsmayıllıda iki maşın toqquşdu: Ölən var

Cəmiyyət
Dünən, 10:58

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət
Dünən, 10:00

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət
Dünən, 09:10

İsmayıllının bu kəndi qazsız, susuz, internetsiz yaşayır

Cəmiyyət
20 iyul 2026, 18:10

Qubada fotoqrafın 10 min manatlıq avadanlığı itdi: Kömək gözləyir

Cəmiyyət
20 iyul 2026, 17:40

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

İqtisadiyyat
20 iyul 2026, 16:50

Xaçmazda heyvan bazarı fəaliyyətə başladı

Oxşar xəbərlər