Qusarda əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və digər məsələlərə dair sakinlərin qəbulu keçiriləcək. Bu barədə ShimalNews 1 sentyabr tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) istinadən məlumat verir.
DTSERA-nın sədri Anar Bayramov sentyabrın 6-sı vətəndaşları qəbul edəcək. Görüşdə iştirak etmək istəyənlər 1923 Çağrı Mərkəzinə zəng edə, [email protected] elektron poçt ünvanına yaza, eləcə də qurumun Facebook sosial şəbəkə hesabından istifadə edə bilərlər.