Xaçmazda gənclərin Daxili İşlər Nazirliyi (DİN) sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı tədbir keçirilib.
“ShimalNews”a verilən məlumata əsasən, görüşdə yuxarı sinif şagirdləri, hərbi xidməti başa vurmuş gənclər iştirak ediblər. İştirakçılara polis və Polis Akademiyasının tarixi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.