Quba və Xaçmazda tullantılar qalaqlanaraq yandırılıb. Bu haqda ShimalNews 15 avqust tarixində məlumat verir.
Faktlar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin (DETX) əməkdaşları tərəfindən Xaçmaz şəhəri Ziya Bünyadov küçəsində, “Ay Ulduz” marketin qarşısında və Quba rayonu 2-ci Nügədi kəndində fəaliyyət göstərən avtotəmir sexində aşkarlanıb.
Nəticədə marketin icarədarı Qurban Abıyev və avtotəmir sexinin sahibi Emin Şahbalayev barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.