Millət vəkili Vahid Əhmədov Quba şəhərində seçiciləri ilə görüş keçirib. Bu barədə ShimalNews 22 avqust tarixində Unikal.org-a istinadən məlumat verir.
Tədbir çərçivəsində Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulan məsələlər, eləcə də Quba və ətraf rayonlarda görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.
Ümumilikdə Quba, Xaçmaz, Bakı və Sumqayıtdan 112 vətəndaş deputatla görüşdə iştirak edib. Sonra isə təkbətək qəbullar baş tutub. Bu dəfə iş məsələsi ilə müraciət edənlərin sayı daha çox olub.
Bütün qaldırılan məsələlərin qeydiyyatı aparılıb. Bir çox məsələ yerindəcə öz həllini tapıb, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verilib.