Xudat şəhər 4 nömrəli məktəbin ingilis dili müəllimi Sərxan Cəfərov növbəti beynəlxalq uğura imza atıb. Bu haqda ShimalNews 2 avqust tarixində məlumat verir.
"Marketing Innovations And Their Impact On Financial Performance: Perspectives From Management Experts" adlı məqalə Birləşmiş Krallıqda “Scopus” elmmetrik bazasına daxil olan Q4 kvartilli "Educational Administration: Theory and Practice" jurnalında dərc olunub.
Məqalənin üzərində Hindistanın Bəhra Universitetinin, JECRC Universitetinin, Xavier İdarəetmə və Sahibkarlıq İnstitutunun, Mahatma Jyotiba Phule Rohilkhand Universitetinin əməkdaşları dosent Rohit Sublaik, Dr. Soni Varqhese, Dr. Svati Prajapat, Dr. Vandna Şarma və Sərxan Cəfərov tədqiqat işləri aparıblar.
Öz növbəsində “Scopus” beynəlxalq məlumat və indeksləşdirmə sistemi (verilənlər bazası) elmi ictimaiyyət üçün ən nüfuzlu sistemlərdən biridir.