Balakən rayonu İtitala kəndində camış sahibini öldürüb.
Apa.az-ın məlumatına görə, kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.
H.Hüseynova Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib, ancaq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.