Quba şəhərində "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov vətəndaşları qəbul edəcək. Bu haqda ShimalNews 30 avqust tarixində quruma istinadən məlumat verir.
Qəbul sabah, 31 avqust saat 10:00-da Quba şəhəri Heydər Əliyev Mərkəzində təşkil ediləcək. Görüşdə Qusar sakinləri də iştirak edə bilərlər.
Qəbula yazılmaq üçün Quba Elektrik Şəbəkəsinə, səhmdar cəmiyyətinin 199 çağrı mərkəzinə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçmək mümkündür.