Şimal zonasında “dəyirman Tahir” kimi tanınan iş adamının oğlu ilk dəfə millət vəkili adı qazanacaq.
ShimalNews xəbər verir ki, Mahir Süleymanlı 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizədliyini irəli sürüb. Seçkilərin ilkin nəticələrinə görə o, 10131 səs (59,6 faiz) toplayıb. Həmin dairədən deputatlığa liderdir.
O, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü olub, eyni zamanda parlamentdə işləyib.
Qeyd edək ki, onun atası Tahir Süleyman Milli Məclisinin II, III, IV, V çağırış deputatı olub.