Xaçmazda AQTA tərəfindən reydlər davam edir. Bu haqda ShimalNews 1 sentyabr tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində Köhnə Xaçmaz kəndində yerləşən ət satışı və heyvan kəsimi məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Obyektin sahibi Nəmət Ağayev barədə inzibati protokol tərtib edilib.