top
Ali təhsil almaq arzusunda olanlar üçün güzəştli kredit təklif edilir
13 iyun 2023, 12:15
- ↺ +

Ali təhsil almaq arzusunda olanlar üçün güzəştli kredit təklif edilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aztəminatlı ailələrdən olan gənclər təhsil krediti üçün müraciət edə bilərlər. Bu haqda 13 iyun tarixində ShimalNews məlumat verir.

Belə ki, Təhsil Tələbə Krediti (TTK) ödənişli və əyani təhsil alan tələbələrə və abituriyentlərə verilir. TTK-nın 2 növü var: sosial və standart.

Sosial kredit 2 faizlə verilir. Bu krediti almaq üçün aşağıdakı şərtlərin biri tələbəyə aid olmalıdır:


  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri,

  • 3-cü dərəcə əlilliyi olanlar.


Hər iki valideyni (tək valideyn olduqda həmin şəxs) aşağıdakı hallardan birinə aid olduqda:

  • 1-ci və ya 2-ci dərəcə əlilliyi olduqda,

  • işsiz kimi qeydiyyatda olduqda,

  • yaşa görə əmək pensiyası aldıqda,

  • yaşa görə sosial müavinət aldıqda,

  • ailə başçısını itirməyə görə pensiya alan ailənin üzvləri,

  • "Müharibə Veteranı" adı almış tələbələr.


Standart TTK isə 6 faizlə verilir. Müraciət etmək üçün abituriyent minimum 250 bal toplamalıdır. Kredit almaq üçün tələbə aşağıdakı şərtlərin hamısına aid olmalıdır:

  • ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olmalı;

  • illik təhsil haqqının 20 faizini özü ödəməli;

  • sosial TTK almaq hüququ olmamalıdır.


Müraciət etmək istəyən şəxslər notarial qaydada təsdiqlənmiş icazə ərizəsi almalı və ərizə nömrəsi ilə e-ttkf.edu.az portalından qeydiyyatdan keçməlidirlər. Ərizəni Notarius ofisdən, ASAN xidmətdən və ya mobil notariat tətbiqindən əldə etmək mümkündür.

TTKF-dən təhsil tələbə krediti almış tələbələrin ölkədən çıxışına heç bir məhdudiyyət qoyulmur.  Kreditin geri ödənişi təhsil müddəti bitdikdən 2 il sonra başlayır.

Ətraflı məlumat üçün 146-5 və ya 077-317-88-52 müraciət edə bilərsiniz.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:48

Qusarda bir yolun iki nöqsanı – Biri yeni, digəri illərin

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 17-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:49

Şimalda külək güclənəcək

Hadisə
Dünən, 17:23

Qusarda yanan evdə meyit tapılıb - YENİLƏNİB

İdman
Dünən, 17:00

"Şamaxı" 900-cü qolunu vurub

İqtisadiyyat
Dünən, 15:51

Quba-Xəzəryanı ərazidə neft-qaz kəşfiyyatı sazişi təsdiqləndi

Cəmiyyət
Dünən, 14:50

Qubada II Kitab Sərgisi keçirilib

Cəmiyyət
Dünən, 14:10

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:30

Xınalıqda tarixi evlərin bərpasına 628 min manat xərclənəcək

İdman
Dünən, 12:55

Sərbəst güləş üzrə millimiz dünya çempionatına Qubada hazırlaşır

Cəmiyyət
Dünən, 12:10

Xaçmazda itin dişlədiyi gənc quduzluqdan ölüb

Cəmiyyət
Dünən, 11:40

Ağsulu karikaturaçı bu əsərlə Serbiyada 3-cü oldu

İqtisadiyyat
Dünən, 10:43

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Cəmiyyət
Dünən, 09:59

Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA

Hadisə
Dünən, 09:05

Zaqatalada dəm qazı can aldı: 14 yaşlı qız öldü

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
11 oktyabr 2026, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
11 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

Oxşar xəbərlər