top
Zaqatalada pul tapmayan kişi bibisinin evini qarət etdi
14 avqust 2025, 15:00
- ↺ +

Zaqatalada pul tapmayan kişi bibisinin evini qarət etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatalada pul tapmayan kişi bibisinin evini qarət edib.

Shimal.News-un məlumatına görə, hadisə rayonun Çökəkoba kəndində qeydə alınıb.

İttihama görə, 1995-ci ildə Zaqatala rayonunun Kebeloba kəndində doğulmuş Kazım adlı şəxs dostu ilə birgə tanışı Asifdən 2200 manat borc alıblar. Dostlar bildiriblər ki, pulu bir ay müddətində qaytaracaqlar. Hadisədən bir ay keçsə də, dostlar həmin pulu qaytara bilməyiblər. Kazım götürdüyü pulun 100 manatını qaytarsa da, digər hissəsini tapa bilmədiyi üçün Asifdən daha bir ay vaxt istəyib. Asif isə nə Kazıma, nə də onun dostuna vaxt verməyərək onlardan pulu qaytarmalarını tələb edib. Borc sahibi dostlara pulu qaytarmağın "yolu"nu da göstərib. Bildirib ki, Kazımın bibisi Umüküs Zəngiyeva bir neçə gün öncə rayon ərazisində 10 min manatlıq torpaq satıb və onun pulu var. Bunu eşidən Vasif plan qurub və bibisinin evinə basqın etməyi təklif edib. O qeyd edib ki, bibisi və onun əri qorxaqdır, ər-arvaddan istədikləri qədər pul ala biləcəklər.

Gecə saat 3 radələrində dəstə üzvləri borc verən Asifin avtomobili ilə adıçəkilən ünvana gedib. Asif özü küçədə dayanıb, Kazım dostu ilə birlikdə açıq pəncərədən “banditizm” deyərək evə daxil olub. Arvad və ər pulun yerini demədikdə, dəstə üzvləri kişinin cibindən 241 manat, qadının çantasından 52 manat, dəyəri 1000 manat olan iki ədəd üzüyü və qadının qulağından 342 manatlıq qızıl sırğanı götürüb hadisə yerindən qaçıblar. Dostlar oğurladıqları pulu Asifə verərək borclarını ödəyiblər.

Hadisə barədə ailə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Kazım və dostu Vasif saxlanılıb. Dəstə üzvlərinin saxlanıldığını eşidən Asif izi itirmək üçün Balakən rayonu ərazisindən sərhədi keçərək Gürcüstana, oradan da Rusiyaya yollanıb.

Faktla bağlı cinayət işi başlanıb, Kazımla Vasif həbs edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə cəza verilsə də, Asifin yeri müəyyən edilmədiyindən o, beynəlxalq axtarışa verilib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskvada saxlayaraq həbs edib və Azərbaycan tərəfinə təhvil veriblər. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif 10 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, adlar şərti verilib.

 

Son xəbərlər

İdman
Bu gün, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
Bu gün, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
Bu gün, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
Bu gün, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər