Gələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Bu haqda ShimalNews 16 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
İş vaxtı normasına əsasən, gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:
1, 2 yanvar–Yeni il bayramı;
20 Yanvar–Ümumxalq hüzn günü;
8 Mart–Qadınlar günü;
20, 21, 22, 23, 24 mart–Novruz bayramı;
10, 11 aprel–Ramazan bayramı;
9 May–Faşizm üzərində qələbə günü;
28 May–Müstəqillik Günü;
15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
16, 17 iyun–Qurban bayramı;
8 Noyabr–Zəfər Günü;
9 Noyabr–Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.
Gələn ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir. Beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü vardır.