Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovunun qarşısının alınıb.
ShimalNews Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, “Təmiz hövzələr” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sintetik torların yığışdırılması həyata keçirilib. Ərazidən tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.