Xaçmazın Qarğalıq kəndinin sakinləri hər gün bir sıra çətinliklərlə üzləşirlər. Bu haqda ShimalNews 30 dekabr tarixində Report-a istinadən məlumat verir.
Kəndin daxili küçələrinin təmirsiz olması, Qaraçayın üzərində olan körpünün qəzalı olması sakinləri uzun illərdir ki, narahat edir.
Su təchizatına gəldikdə artezian quyusunun elektrik mühərrikinin sıradan çıxması səbəbindən əhali susuz qalıb. Vətəndaşlar evlərinə su gətirmək üçün 500 metr məsafəni qət etməli olurlar.
"Növbəti ildə küçələrdə yol təmiri işləri aparılacaq.
Körpünün təmirinə isə bələdiyyənin maddi imkanları çatmır. Kəndi içməli su ilə təmin edən artezianın mühərriki yanıb, yaxın günlərdə yeni mühərrik alınacaq və artezian istifadəyə veriləcək", - kənd bələdiyyəsinin sədri Gülaməddin Quliyev bildirib.