Qubanın Timiryazev qəsəbəsində 1 aya yaxındır ki, mərkəzi küçə su və palçıq içindədir. Bu barədə ShimalNews 8 yanvar tarixində məlumat verir.
Sakinlər bildirirlər ki, içməli su xətti zədələnib. Baxımsız qalmış küçədə çalalar gölməçələrə çevrilib. Hərəkət edənlər palçığa görə üst-başlarını və nəqliyyat vasitələrini bulamalı olurlar.
Müşahidə aparılan küçə Quba-Xaçmaz və Quba-Bakı yoluna çıxış yoldur. Burada 14 saylı körpələr evi və stadion da yerləşir.

