top
Rayonlarda turizmin vətəndaş səviyyəsi: Peşəkar, yoxsa yerli sakinlərin təqdim etdiyi xidmət?
26 oktyabr 2024, 11:00
- ↺ +

Rayonlarda turizmin vətəndaş səviyyəsi: Peşəkar, yoxsa yerli sakinlərin təqdim etdiyi xidmət?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük turizm potensialına malik Azərbaycanın regionlarında yerli sakinlər də bu potensialdan yararlanmaq üçün müxtəlif addımlar atır, əllərində olan mövcud imkanları dəyərləndirərək turizm bazarına girməyə çalışırlar. Azərbaycanın bölgələrinə üz tutduqda yol boyu yerli sakinlərin öz evlərini kirayə vermələri və müxtəlif turizm xidmətlərinin göstərilməsi ilə bağlı elanlarla rastlaşırıq. Bundan başqa, öz həyətyanı sahəsində restoran tipli kiçik kafe açan vətəndaşların da sayı az deyil. Bəs bölgələrdə fəaliyyət göstərən müxtəlif obyektlərin təklif etdiyi turizm xidmətlərilə vətəndaşların fərdi olaraq təklif etdiyi xidmət arasında nə kimi fərqlər var? Regionların turizm baxımından inkişafında hansı daha səmərəlidir?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Shimal.News-a açıqlamasında regionlarda turizmin inkişafından danışıb.

Samir Dübəndi qeyd edib ki, regionlarda sosial-iqtisadi, həmçinin turizmin inkişafı üçün xeyli işlər görülüb:

“Dövlət tərəfindən infrastruktur işləri görülür, müxtəlif qurumlar tərəfindən turizm məkanları sahmana salınır, turizm marşrutları üstündə olan infrastruktur qurulur, həm ənənəvi, həm də yeni turizm məkanlarında xeyli işlər görülür. 10 il öncəki vəziyyətə baxsaq, Azərbaycanın regionları turizm səviyyəsinə görə bugünkü vəziyyətdən çox geri idi. Turizmin inkişafı da ümumi sosial-iqtisadi vəziyyətə təsir göstərir. Bu, çox vacibdir. Bu mənada, düşünürəm ki, turizmin gələcək inkişafı, ardıcıl yol xəritəsi regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir və göstərəcək”.

Yerləşmə vasitələrinin təsnifatı məsələsinə toxunan Samir Dübəndi: “Yerləşmə vasitələri – hotellər, motellər, qonaq evləri, kənd evləri, ferma evləri və sairdir. “Turizm haqqında” Azərbaycan Respublikasının qanununa nəzər yetirsəniz, orada yerləşmə vasitələrinin bir sıra təsnifatını görəcəksiniz. Yaxud AZS 745-2015 standartında da açıqlamalar var. Azərbaycanda demək olar,  25 növ müxtəlif yerləşmə vasitəsi təsnif olunub. Təsnifat sistemi hotellər, mehmanxana adı daşıyan müəssisələr üçündür. Qanunla qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 olan yerləşmə vasitəsi mehmanxana adlandırılır”, - deyə qeyd edib.

Hüquqi müstəvidə apartament və rezidenslərin də yerləşmə vasitəsi kimi qəbul edildiyini bildirən Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri bu yerləşmə vasitələrinin kiçik hotellərlə ədalətsiz rəqabət apardığını vurğulayıb:

“Apartament mənzillərdir, rezidenslər isə şəxsi evlərdir. Əgər kiminsə belə bir əmlakı varsa, qısa və ya uzun müddətə onu icarəyə vermək istəyirsə, bu onun hüququdur, aydın məsələdir. Ancaq həmin sahibkarlar heç bir qeydiyyatsız, vergi ödəmədən, heç bir əlavə xərc aparmadan, kommunal xidmətləri əhali üçün nəzərdə tutulan tariflə ödəyərək, əlavə bir xidmət göstərmədən, turistlərin təhlükəsizliyini təmin etmədən bizneslə məşğul olduqlarını zənn edirlər. Ancaq sadaladığım xərcləri olan, biznes tarifləri ilə kommunal xərcləri ödəyən, işçi saxlayan, təhlükəsizliyi təmin edən, kamera quraşdıran və digər əməliyyat xərclərini aparan kiçik hotellərlə müqayisədə apartament və rezisdenslər kiçik hotelçiliklə ədalətsiz rəqabət aparır. Rəqabət yaxşıdır, amma ədalətsiz yox, ədalətli rəqabət olmalıdır. Hamı eyni qayda ilə çalışaraq, təbii ki, rəqabətə girə bilər. Həyət evləri, mənzillər “boz”, hətta deyərdim, “qara zona”da qalıb. Bunların bir xərcləri yoxdur, bank hesabları açılmır, vergi ödəmirlər, ödəsələr də, ödədikləri verginin məbləği hotellərin vergisi ilə müqayisə edilə bilməz”.

O, vəziyyətdən çıxış yolu kimi bu sahədə fəaliyyət göstərən vətəndaşların maarifləndirilməli olduğunu, xidmətin düzgün göstərilməsi və komfortun təmin olunması üçün dövlət standartlarının müəyyənləşdirilməsinin vacib olduğunu bildirib:

“İlk növbədə, həmin mənzil və şəxsi evlərin sahiblərini maarifləndirməliyik. Onlar bilmirlər ki, turistə necə xidmət göstərmək lazımdır, bu sahədə hansı standartlar var. Bir çox şey sadalaya bilərəm, məsələn, komfortu təmin etməlidirlər. Bu anlayış isə geniş anlayışdır. Məlumat komfortu, təhlükəsizlik komfortu, istirahət üçün nəzərdə tutulmuş erqonomik komfort, işıqlandırma, sanitar qovşağın qurulması, yatağın ölçüləri, sanitar-gigiyenik qaydalara riayət olunması – bunlar həmin komfort anlayışına daxildir. Həmin sahibkar bu komfortları necə təmin etmək lazım olduğunu bilməlidir. Ancaq bu sahədə dövlət tərəfindən qəbul edilmiş rəsmi sənəd yoxdur. Düşünürəm ki, xidmətin düzgün göstərilməsi və komfortun təmin olunması üçün hansısa bir standart olmalıdır. Qanuni müstəvidə apartament və rezidensləri yerləşmə vasitəsi kimi qəbul etmişik, deməli, bunlar üçün də hansısa standartımız olmalıdır. Bu sahədə boşluq var. Biz o standartın bir çox hissəsini işləmişik, amma bunu dövlət qəbul etməlidir. Dövlət Turizm Agentliyi və Nazirlər Kabineti belə bir standartın işlənməsinə qərar versə, biz də o prosesdə çalışmağa hazırıq”.

“Hazırda bir çox kiçik hotellər qoyulan meyarlar əsasında mikrobiznes hesab edilir. Mehmanxana, qonaq evi, hostel kimi kiçik yerləşmə müəssisələrinə ədalətsiz rəqabət yaranır. Bu bizneslərin də hüquqları pozulur, çünki qarşıda vergi ödəməyən, bundan boyun qaçıran, işini biznes kimi qurmayan bir seqment ortaya çıxmış olur”, - deyə vurğulayan Samir Dübəndi burada əsas məsələnin turistin gözləntilərinin qarşılanması olduğunu söyləyib:

“Əsas məsələ odur ki, regionlara turist gəlsin, regionlarda onlara düzgün xidmət göstərilsin. Onlarda bir təəssürat yaransın və həmin məkanlara yenidən qayıtmaq istəsinlər. Yəni turistin gözləntiləri qarşılansın”.

Regionlarda yerli turizm şirkətlərinin və bələdçilərin olmamasına da diqqət çəkən Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri turizm məhsullarının və əlavə xidmətlərin yaradılmasının yerli icmaların da maraqlarını qoruyacağını deyib:

“Regionlarda turagentlərin sayı, demək olar, sıfırdır. Hətta iri şəhərlərimizdə turagent adı daşıyan şirkətlər varsa da, onların da fəaliyyəti aviabiletlərin satışı ilə, yaxud hansısa turistik xidmətlərin göstərilməsi ilə məhdudlaşır. Regionlarda turizm şirkətlərinin, bələdçilərin, turist nəqliyyatının azlıq təşkil etməsi turistlərin xərclərini artırır. Məsələn, Bakıdan rayonlara gedən bələdçi həm ailəsindən ayrılmış olacaq, həm də yüksək qiymət deyəcək. Lakin regionun özündə olan bələdçinin həm qiyməti ucuz olar, həm də kiçik vətənini daha yaxşı tanıyır və məhz onun bələdçi işləməsi daha səmərəli olar.

Yerli turizm şirkətləri olsa, onlar orada turizm məhsulları yarada bilərlər. Bu da həmin məhsulların maya dəyərinə təsir edər. Beləliklə, biz ümumi regional səviyyədə sosial-iqtisadi inkişafa töhfə verə bilərik. Düşünürəm ki, bu məqamlara diqqət yetirmək lazımdır. Turist xidmətlərinin çeşidinin çox olması, əsas xidmətlərlə yanaşı, əlavə xidmətlərin ortaya çıxması yaxşı olar və həmin əlavə xidmətlər kənd, qəsəbə, region əhalisi tərəfindən, yəni yerli icmalar tərəfindən göstərilərsə, biz burada yerli icmaların maraqlarını qoruyarıq, bu onların sosial-iqtisadi inkişafına bilavasitə təsir göstərər. Düşünürəm ki, ən yaxşı inkişaf bununla bağlı ola bilər”.

Turizm üzrə ekspert Rəhman Quliyev də Shimal.News-a açıqlamasında regionlarda turizmin son illərdə daha da inkişaf etdiyini vurğulayıb.
Rəhman Quliyev

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi turizmin inkişafına təkan verir:

“Bu gün regionlarda turizm əvvəlki illərə nisbətən daha yüksək templə irəliləyir. İstər işğaldan azad edilmiş ərazilərdə, istərsə də digər bölgələrdə beynəlxalq tədbirlərin keçirilməsi də regionlarda turizmin inkişafına təkan verir. Bunun da səbəbi ölkə rəhbərliyinin apardığı uğurlu siyasət və Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzudur. Azərbaycana turistlərin gəlməsi üçün münbit şərait yaradılıb, Azərbaycan güvənli bir ölkə kimi tanıdılıb. Bu da nəinki regionlarda, bütün respublikada turizm üzrə inqilab etməyə böyük imkanlar verir”.

Rəhman Quliyev bildirib ki, regional turizm həmin bölgələrdə yaşayan vəətndaşların sosial rifahının artırılması üçün fürsətdir:

“Rayonlarda da iaşə müəssisələri, hotellər fəaliyyət göstərir. Regiona turist axını tək hotel və restoranlarla məhdudlaşmır, nəqliyyat xidmətinə, ticarət obyektlərinə, bərbərxanalara – bütün sektora təsirini göstərir. Hesab edirəm ki, işğaldan azad edilən bölgələrimizdə də turizmin inkişafı diqqətdə saxlanılır. İnsanlarımız artıq öz dədə-baba torpaqlarına qayıdırlar. Burada problem yaradacaq tək şey minalarla çirklənmiş ərazilərin varlığıdır ki, bu problem aradan qaldırıldıqdan sonra həmin ərazilərdə turizmin inkişafı daha da sürətlənəcək. İnsanlar öz kənd təsərrüfatı mallarını, təbiətdən əldə etdikləri meşə məhsullarını səmərəli istifadə edərək turistlərə təqdim edəcəklər ki, bu da onların sosial rifahını artıracaq”.

Ekspert vəətndaşların fərdi olaraq turistlərə xidmət göstərmələrini müsbət hal kimi qiymətləndirsə də, yerli sakinlərin təhlükəsizlik qaydalarına əməl etmələrinin vacibliyinə diqqət çəkib:

“Araşdırmalarımda belə bir qənaətə gəlmişəm ki, istər paytaxtda, istər regionlarda fəaliyyət göstərən hotellərlə yanaşı, vətəndaşların yerli və xarici turistlər üçün evlərini günlük, həftəlik kirayə vermələri, onlara xidmət göstərmələri müsbət qarşılanmalıdır. Bu, vətəndaşların sosial rifahına xidmət edən haldır. Nəzərə alsaq ki, bu gün ən ucqar bölgələrimizə belə yüksək standartlara cavab verən yol infrastrukturunun olması, oralara da turist axının olmasının önünü açır. Ucqar ərazilərdə hotellərin tikilməsini bir o qədər vacib hesab etmirəm, amma həmin kəndlərdə turistlər yerli sakinlərin evlərini kirayə götürə bilərlər. Bu, beynəlxalq təcrübədə də var. Düşünürəm ki, Azərbaycana gələn, yaxud bölgələrə gedən turistlər yeri sakinlərə birbaşa maddi xidmət göstərməlidirlər, qarşılığında da həmin sakinlər təhlükəsizlik və digər xidmətlərə ciddi yanaşmalıdırlar. Öz hazırladıqları məhsulları turistə satırlarsa, burada neqativ hallara yol verilməməli, diqqətli olmalıdırlar. Ona görə də öz evlərini turistlərə kirayə verən, onlara xidmət təklif edən yerli sakinlər maksimal dərəcədə turistləri razı salmalı və yüksək dərəcədə xidmət göstərməlidirlər”.

Aqil Bəkir

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Bu gün, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Bu gün, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Bu gün, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Bu gün, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Bu gün, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Bu gün, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Bu gün, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Oxşar xəbərlər