Dünəndən davam edən güclü külək Bakı-Quba avtomobil yolunda sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Shimal.News xəbər verir ki, magistralın qırağında bitən quru tikan kolları qoparaq yola diyirlənib avtomobillərin hərəkətinə mane olur.
Sürücülərin redaksiyamıza bildirdiyinə görə, külək bu bitkini nəqliyat vasitələrinin qarşısına atır. Bu isə hərəkətdə olan avtomobillərin qəza riski ilə üzləşməsinə səbəb olur.
"Qarşımızda iki seçim olur: toqquşmamaq üçün qəfil manevr etmək, ya da kol avtomobilə çırpılaraq onun boyasına zərər vurur", - deyə şikayətdə bildirilir.
Vətəndaşlar aidiyyəti qurumlar tərəfindən yol kənarındakı bitən şorangələrin vaxtında təmizlənməsini tələb edirlər.
Dünyada "Diyirlənən ot" kimi tanınan bu bitki növü küləklə hərəkət edərək yol və yaşayış məntəqələrində toplanır və quru olduqları üçün yanğın təhlükəsi yarada bilirlər.