top
Yenikəndin peşəkar dulusçusu: “Bu sənəti öyrənmək istəyən yoxdur” - MÜSAHİBƏ
05 oktyabr 2024, 17:22
- +

Yenikəndin peşəkar dulusçusu: “Bu sənəti öyrənmək istəyən yoxdur” - MÜSAHİBƏ

Azərbaycanın bütün bölgələri gözəllikləri və müxtəlif təbiət mənzərələri ilə tanınır. Hər bir bölgənin özünəməxsus cəhətləri, mədəniyyəti, adət-ənənələri var.

Quba rayonunun Yenikənd kəndi gözəl dağ mənzərələri ilə əhatə olunub. Bölgə zəngin təbiəti ilə tanınır. Yenikənd, həmçinin yerli mədəniyyətin və adət-ənənələrin qorunub saxlanıldığı bir yerdir. Kənddə yaşayan insanlar qonaqpərvərdir və öz mədəniyyətlərini, ənənələrini qürurla nümayiş etdirirlər.

Yenikənd, həm də ekoturizm üçün gözəl imkanlar təqdim edir. Təbii landşaftları, meşələri və dağları ilə gəzintilər üçün ideal bir yerdir.

Yenikənd kəndində sənətkarlıq yerli mədəniyyətin ayrılmaz bir hissəsidir. Kənddə ənənəvi əl işləri, xalçaçılıq, tikiş, keramika və metal işləri ilə məşğuldurlar. Xüsusilə, yerli xalçalar və digər toxuculuq məhsulları böyük maraq doğurur. Bu məhsullar özünəməxsus naxışları və keyfiyyəti ilə tanınır.

Kəndin sakinləri, həmçinin taxta oyma, dulusçuluq, dəmirçilik və digər ənənəvi sənət sahələrində də fəaliyyət göstərirlər. Bu sənətkarlıq növləri həm kəndin iqtisadiyyatına, həm də mədəni irsin qorunmasına kömək edir.

Shimal.News-un əməkdaşı Yenikənd sakini, dulusçu Nəcəf Qədirov ilə həmsöhbət olub. O, dulusçuluq sənətinin sirlərini bizimlə bölüşüb.

- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən, Nəcəf Qədirov 1965-ci ildə Quba rayonun Yenikənd kəndində anadan olmuşam. Öz doğma ata-baba torpaqlarımda yaşayıram.

- Dulusçuluq müasir sənət növlərindən sayılmır. Necə oldu ki, bu işə başladınız? Dulusçuluğa marağınız necə yarandı?

- Dulusçuluq mənim ata-baba sənətim olmayıb. O zamanlar kənddə yaşayanların əksəriyyəti bu işlə məşğul olurdu. Xüsusilə də 1980-ci illərdə geniş yayılmışdı. Bu sənət hər yerdə işlənilirdi. 1987-ci ildə bu işi öyrənməyə başlamışam.

Atam dedi ki, “sənəti öyrən, əgər yaşayış ehtiyaclarını ödəsə, işləyərsən”. Mən də öyrəndim, peşman da deyiləm.

- Nəcəf bəy, bu sənəti peşəkarcasına öyrənmək üçün nə etmək lazımdır?

- Yalnız ustadan, 5-6 aya öyrənmək olar. Gündə 2-3 saat məşğul olmaq lazımdır. Baxmaqla öyrənmək olmur. Tətbiq etmək lazımdır.

Tələbələriniz varmı?

- Tələbəm yoxdur. Ümumiyyətlə tələbəm olmayıb. Bu sənəti həqiqətən öyrənmək istəyən yoxdur. Bircə oğul övladım var. O da müəllim işləyir. Sənətimi davam etdirən yoxdur.

- Hazırda gili haradan gətirirsiniz? Palçıq torpağı tapmaqla bağlı çətinlikləriniz yaranıb?

- Bizim yerlərdə gil var. Gil sarıdan çətinliyimiz yoxdur. Həyətdən də götürürük.

- Dulusçuluq məhsullarının bir-birindən fərqlənməsinə səbəb nədir?

- Gilindən asılıdır. Gil təmiz olanda məhsul da hamar olur. Torpaq var ki, gilli, düyünlü olur. Lənkəran torpağında düyün çox olur. Baxan kimi bilinir. Torpaq təmizdir. Tərkibinə düyün olanları da təmizləyirsən. Hamar olur.

- Hazırladığınız məhsulun istədiyiniz kimi alınmaması heç olubmu?

- Ola bilər ki, 15 il əvvəl biri alınmayıb. Yaxşı işlənsə, alınır. Xarab olmur. Özündən asılıdır.

- Özəl sifarişləriniz olurmu?

-  Əlbəttə, olur. Satışı ilə mən məşğul olmuram. Şükür Allaha, dolanışığıma çatır. Narazı deyiləm. Satılma ilə bağlı narazılığım yoxdur.

- Bəs xarici ölkələrdən sifarişləriniz olub?

- Bizim kəndə turistlər gəlmirdi. Kəndimizə yol çəkilməmişdi. Bu il yol çəkildi. Hər halda bundan sonra gələnlər olar. Bir şəxs var, gəlir, o məndən alıb, götürür. Rusiyaya sifarişlər göndərilib.

- Hansısa sərgilərdə iştirak etmisiniz?

- Əl işlərim Qubada sərgilərdə nümayiş olunub. Həmçinin 2010-cu ildə Bakıda təşkil edilən sərgidə də təmsil olunmuşam.

- Dulusçuluq keçmişdə kifayət qədər yayılmış və tələbatın çox olduğu sahələrdən olsa da, hazırda bu sahəyə maraq çox azdır, sizcə, bunun başlıca səbəbləri nədir?

- Cavanlar ancaq bu günü ilə yaşayırlar. Sənəti öyrənmək istəmirlər. Bu sənəti öyrənməyə 6 ay vaxt lazımdır. 6 ayını itirmiş kimi hesab etdikləri üçün, gəlmirlər. Təmiz işə qaçırlar.

- Əvvəllər dulusçuluğa marağın çox olmasının səbəblərindən biri də, insanların bu əşyalara ehtiyacının olması idi. Bəs indi tələbat nə dərəcədədir?

- Ehtiyac var. O vaxtı başqa qablara ehtiyac var idi. İndi ehtiyaclar dəyişib. Piti, qatıq qabı daha çox hazırlanır. Nehrə üçün qazan daha çox satılır. Cürbəcür qablardır.

- Bütün kölgədə qalan sənət növləri kimi, dulusçuluq da gəlirli sahələrdən deyil. Gəlirlə xərci müqayisə etsək, təxmini fərq nə qədər olar?

- Gəlir orta səviyyədədir. Əvvəllər də belə idi.

- Bəs dulusçu olmaq istəyən, bu sahə ilə maraqlanan gənclərə nələri məsləhət görərdiniz?

- Mən deyərdim ki, gec deyil. Sənəti öyrənsinlər. Kiminsə əlinin altında işləmirsən. Öz əlin, öz başın olacaq. Heç kim sənə iş buyurmur. Öz işinin sahibi, rahat və müstəqil olursan.

- İş gününüz necə keçir?

- Səhər saat 07:00-da işə başlayıram, 13:00-da işimi bitirirəm. Artıq normamı bilirəm.. Təxmin edirəm ki, bu qabdan bu qədər çıxacaq. Qabın diametrinin tutumuna baxıb işləyirsən.

 

Nəzrin Vahid

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:00

Kürd kəndi kömək gözləyir: "Baxan yoxdur"

Cəmiyyət
Bu gün, 10:00

Azərbaycanın ən qəribə evi

İdman
Bu gün, 09:01

"Şahdağ Qusar"dan iki yeni transfer

Cəmiyyət
Dünən, 19:06

Jurnalistdən nazirə çağırış: "O məktəbi bağlasanız, kənd də boşalacaq!"

Cəmiyyət
Dünən, 18:00

Dövlət qulluğunda yeni vakansiyalar açıldı

Cəmiyyət
Dünən, 17:00

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

Cəmiyyət
Dünən, 16:00

Yaşıllıqlara 19 min manatdan çox ziyan dəydi

Hadisə
Dünən, 15:00

Şəkidə sahibsiz itlərin hücumu: 3 yaralı

Hadisə
Dünən, 14:00

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Cəmiyyət
Dünən, 13:00

Nabran çimərliyinin acınacaqlı vəziyyəti: Günah kimdədir?

Bütün xəbərlər
Dünən, 12:00

Oğuzda şəhər ərazisini kim zibilləyir?

Hadisə
Dünən, 11:00

Bakı-Quba yolunda piyadanın ehtiyatsızlığı ölümünə səbəb oldu

Hadisə
Dünən, 10:00

Oğuz səhəri yanğınla açdı

Cəmiyyət
Dünən, 09:00

Quba səmasında qırıcı: MN məlumat yaydı

Cəmiyyət
23 iyul 2026, 17:50

İsmayıllıda tarixi kilsə göz görə-görə məhv olur

İdman
23 iyul 2026, 17:00

"Shamakhi Open 2026"-nın qalibləri müəyyənləşdi

Hadisə
23 iyul 2026, 16:00

Qaxda ağır qəza: Yaralılar arasında 9 aylıq körpə də var

Cəmiyyət
23 iyul 2026, 15:00

Peşə məktəblərinin 30 manatdan başlayan yataqxana qiymətləri

Hadisə
23 iyul 2026, 14:02

Xaçmazda faciə: Dənizdə batan 17 yaşlı qızın meyiti tapıldı

Cəmiyyət
23 iyul 2026, 13:03

FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

Cəmiyyət
23 iyul 2026, 12:05

Qubada Türkiyə ilə ortaq peşə məktəbi açılacaq

Cəmiyyət
23 iyul 2026, 11:05

Qəbələdəki Kilsədağ sirrlərini açır

Cəmiyyət
23 iyul 2026, 10:06

Zaqatalada mühafizə bəndləri çay yatağı ilə eyniləşdi

Cəmiyyət
23 iyul 2026, 09:00

Xaçmaz birinci, Quba ikinci oldu: Şimalın ən yaxşı məktəbləri

Oxşar xəbərlər