top
İşıq gecəsi, kosa və sirli adətlər – Qusarda Novruz belə idi
Video
19 mart 2026, 16:00
- ↺ +

İşıq gecəsi, kosa və sirli adətlər – Qusarda Novruz belə idi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novruz bayramı Qusarın kəndlərində təkcə bir bayram deyil – nəsillərdən-nəsillərə ötürülən yaddaşdır.

Shimal.News olaraq Qusarda yaşayan yaşlı nəslin yaddaşında qalan ənənələri oxucular üçün topladıq. Onların danışdıqları isə həm nostalji, həm də düşündürücüdür.

Aidə nənə deyir ki, Sovet dövründə Novruz açıq şəkildə qeyd olunmurdu:
"Bayramı gizli keçirirdik. O vaxtdan bir çox adətlərimiz unudulub gedib".

Onun sözlərinə görə, Qusarda bu gün də ən çox Torpaq çərşənbəsi və Novruz axşamı xüsusi qeyd olunur. Keçmişdə isə bayramın özünəməxsus ruhu var idi – xalça üzərinə təzə süfrə salınar, hamı yerə yığışıb birlikdə bayram edərdi. Uşaqlar üçün yeni paltar alınması isə ən böyük sevinc sayılırdı.

Bayram günlərinin ən maraqlı anlarından biri kəndə gələn pəhləvan və kosa olurdu. Pəhləvan gücünü və məharətini nümayiş etdirər, kosa isə insanları güldürərdi:

"Bizim kosa fərqli olur. O, rəngbərəng geyimdə, başında buynuzlu papaq taxar, üzünü isə gizlədərdi. Əgər kim ona pay verməzdisə, kosa ya onu əyləndirməzdi, ya da həmin adamın üzünə zarafatca un atardı".

Qusarda bu gün unudulmağa üz tutan maraqlı adətlərdən biri də "üskük-şem"dir. Bayramdan bir gün əvvəl, hava qaralan kimi kənddə eyni vaxtda şamlar və köhnə parçalardan hazırlanmış məşəllər yandırılardı. Kənd işıq içində qalardı və bu gecəyə "işıq gecəsi" deyilirdi.

Digər qədim inanclardan biri isə "yaran çile" adlanan mərasimdir. Bu adət zamanı torpaqdan kiçik tunel kimi keçid qazılır və insanlar onun içindən keçirdi. İnanca görə, torpaq insanların ağırlığını, xəstəliklərini və bədbəxtliklərini özünə çəkirdi.

Bu gün həmin ənənələrin bir qismi unudulsa da, Qusar kəndlərində Novruz hələ də birlik, paylaşmaq və köklərə bağlılıq rəmzi olaraq yaşayır. Keçmişin səsi isə yaşlı nəslin xatirələrində qorunaraq gələcəyə ötürülür.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Hadisə
16 oktyabr 2026, 15:10

İsmayıllıda ağır qəza

Oxşar xəbərlər