“Yalama” gömrük postunda külli miqdarda siqaretin ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda ShimalNews 23 noyabr tarixində Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
İdxal gömrük nəzarəti xəttində ölkəmizə gələn lokomotiv saxlanılıb və gömrük yoxlaması həyata keçirilib. Nəticədə lokomotivin içərisində - döşəmənin altındakı boşluqda gizlədilən 8 min ədəd "Parliament Heets" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.