Bakı-Quba-Rusiya sərhədi yolunun Xızı rayonunun Şurabad kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, yük avtomobili dəmir arakəsməyə çırpılıb, nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb.
Ölən və yaralanan barədə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.