Xaçmazda məktəblilərin rəsm əsərlərindən ibarət sərginin açılışı baş tutacaq. Bu barədə ShimalNews 1 mart tarixində məlumat verir.
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir bu gün saat 15:00-da Tarix Diyarşünaslıq Muzeyində keçiriləcək. Şagirdlər “Ana təbiəti qoruyaq” şüarı ilə öz əsərlərini təqdim edəcəklər.