Xaçmazın Qımılqışlaq kəndində ölümlə nəticələnən hadisə baş verib. Bu barədə ShimalNews 19 iyun tarixində “Report”a istinadən məlumat verir.
55 yaşlı Kürdəmir sakini İlyas Cəbrayılov su doldurarkən elektrik naqilinə toxunub. Nəticədə həmin şəxs həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.