Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət və təşkilatların məsul şəxsləri ilə birlikdə Gülalan kənd sakinləri ilə görüşüb. Bu barədə ShimalNews 18 aprel tarixində məlumat verir.
Qəbulda Gülalan, Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak ediblər. Onlar elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, içməli su, rabitə və internetlə bağlı müraciətlər səsləndiriblər.
İcra başçısı sakinlərin arzu və təkliflərini dinləyərək, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.