Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində şəhid Riyad Əliyarovun ailəsini ziyarət edib.
Shimal.News xəbər verir ki, icra başçısı bu günlərdə ailə həyatı quran şəhidin qardaşı Mülküm Əliyarovu və onun həyat yoldaşını, onların valideynlərini təbrik edərək gözaydınlığı verib.
Səfər zamanı Elnur Rzayev şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Şəhid atası Məmməd Əliyarov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.