Xaçmaz rayonunda "Şahin" hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Bu haqda ShimalNews 3 aprel tarixində məlumat verir.
FHN-nin “N” saylı hərbi hissəsində təşkil olunan yarışda 26 məktəb komandası üzrə 364 nəfər məktəbli iştirak edib. Birinciliyin qalibi Xaçmaz rayon Niyazabad kənd tam orta məktəbinin komandası olub. Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin komandası 2-ci, Gödəkli kənd tam orta məktəbinin komandası isə 3-cü yerə layiq olub.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlarla təltif ediliblər.