Xaçmaz şəhərində orta yaşlı qadının meyiti aşkarlanıb. Bu haqda ShimalNews 19 iyun tarixində Report-a istinadən məlumat verir.
Hadisə şəhərin N.Nərimanov prospekti, 68 ünvanında qeydə alınıb. Təxminən 40-45 yaşlarında olan Səmayə adlı qadının özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.