Xaçmazın Qusarçay kəndində səyyar qəbul keçirilib. Bu haqda ShimalNews 8 yanvar tarixində RİH-yə istinadən məlumat verir.
Həsənqala, Ağaverdioba, Balaqusarqışlaq və Qusarçay kəndlərinin sakinləri ilə görüşdə Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər. Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və digər müraciətlər səsləndiriblər.
Sakinlər tərəfindən qaldırılan bir çox müraciətlər yerindəcə həll edilib.