Sərnişin daşıyan avtobus Bakı-Quba yolunun Zarat Dövlət Yol Polisinin postunda dayanmalı olub.
Bizim.Media-nın məlumatına görə, Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusunda 1 nəfərin halı pisləşib.
Əraziyə Siyəzən rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası cəlb olunub. Vətəndaşa köməklik göstərilib, onun halı yaxşılaşdıqdan sonra avtobus yoluna davam edib.