Bu gün səhər şimal rayonlarında 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bu haqda ShimalNews 18 mart tarixində məlumat verir.
Quba-Qusar bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 19-u gündüz və 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək.