Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Xaçmazda vətəndaşlarla görüşəcək. Bu barədə ShimalNews 1 iyun tarixində adıçəkilən quruma istinadən məlumat verir.
Tədbir iyunun 23-ü saat 11:00-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində baş tutacaq. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayon sakinlərinin qəbulu keçiriləcək. Onlar agentliyin səlahiyyət dairəsinə aid məsələləri birbaşa ünvanlaya biləcəklər.
İştirak etmək istəyənlər adını, soyadını, ata adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq, iyunun 22-dək qəbula yazıla bilərlər.